Norris komandadan köhnə rəng çalarlarına qayıtmağı xahiş edib

Britaniyalı gənc sürücü uşaqlığında onu Formula1-də nələrin cəlb elədiyini açıqlayıb.

F-1.az xəbər verir ki, Lando onların arasında McLaren-in simvolik gümüşü-qırmızı rəng çalarlarının da olduğunu, bir neçə dəfə Zek Braundan onlara qayıtmağı xahiş etdiyini də bildirib.

Lando Norris: “Mənim sevimli liveriyam – bu, Lyuis və Fernandonun maşınıdır. Aralarında böyük mübarizə var idi. Məni Formula1-ə gətirən də elə bu oldu – bu maşının vurduğu dövrələri izlədim. Yalnız McLaren-i dəstəkləməyə başladım, çünki onlar gözəl, cəlbedici görünürdülər. Həmin vaxt diqqətimi Formula1-ə çəkən də məhz bu sərin rənglər idi. Dəfələrlə Zak Braundan onlara qayıtmağı xahiş etmişəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*