L.Norris Belçikada sükan arxasına keçəcək

McLaren komandasının ehtiyat sürücüsü Lando Norris Belçika Qran-Prisinin birinci sərbəst yürüşlərində Fernando Alonsonun əvəzinə sükan arxasına keçəcək.

F-1.az xatırladır ki, 2017-ci ildə F3 üzrə Dünya Çempionu olmuş sürücü Macarıstandakı testlərdə bolidi sürüb. Beləliklə komanda Norrisin performansına görə dəyərləndirmə apara bilər.

Qeyd edək ki, gələn il McLaren komandasında Alonsonu yerlisi Sayns əvəz edəcək, amma ikinci sürücünün adı hələ də məlum deyil. Britaniya komandasının alternativləri arasında Norris, Vandorn və Okon var.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*