F-1.az xatırladır ki, əvvəlki təqvimlə ilk yarış iyulun 11-12-də Norisrinqdə keçirilməli idi. Yerli hakimiyyət orqanları yarışa icazə verməyiblər, çünki şəhərdə yayın sonuna qədər kütləvi tədbirlərə ümumi qadağa var.
Nəticədə debüt həftə sonu Almaniyada deyil, yalnız avqust ayında keçiriləcək – Spa-Frankorşamp 15 illik fasilədən sonra çempionat iştirakçılarını qəbul edəcək. DTM-in promouterlərinin sözlərinə görə, Belçikada da anoloji qadağanın olmasına baxmayaraq, bu dəfə heç bir problem yaranmamalıdır, çünki əvvəlcədən icazə alınıb.
Ümumilikdə, 2020-ci il mövsümü doqquz mərhələdən ibarət olacaq və təşkilatçılar hazırkı vəziyyətdə populyar olan qoşa həftə sonu prinsipindən istifadə ediblər. Belçika və Almaniyadan əlavə Niderlandda da yarışlar keçiriləcək. Çempionat noyabrın əvvəlində başa çatacaq, bundan sonra Audi markası seriyanı tərk edəcək.
DTM çempionatının yeni təqvimi:
Tarix | Tras |
1-2 avqust | Spa-Frankorşamp |
14-16 avqust | Lauzitsrinq |
21-23 avqust | Lauzitsrinq |
4-6 sentyabr | Assen |
11-13 sentyabr | Nürburqrinq |
18-20 sentyabr | Nürburqrinq |
9-11 oktyabr | Zolder |
16-18 oktyabr | Zolder |
6-8 noyabr | Hokkenhaymrinq |