Avropa mətbutaında şayiə yayılıb ki, Renault komandası Kimi Rəykkönenlə danışıqlar aparır, çünki gələn dünyanın ən böyük telefon istehsalçısı olan Finlandiyanın Nokia şirkəti komandanın titul sponsoru olacaq. Amma Nokia-nın mətbuat xidməti yerli İltalehti qəzetində təkzib yayıb…
Eyya Riitta Huovinen: “Bu qəzetlərin yaydığı şayiədir, heç nə əlavə edə bilmərik.”
1995-ci ildə Nokia-nın loqotipləri Tyrrell maşınlarında peyda olmuşdu, o zaman komandada finlandiyalı sürücü Mika Salo çıxış edirdi, amma hazırda, Huovinenin sözlərinə görə, şirkətin yarışlarla bağlı heç bir planı yoxdur…