McLaren-in keçmiş texniki direktoru Pəddi Lou mövsümün sonunda Mercedes AMG komandasına keçəcək, amma buna baxmayaraq Ross Braun komandanın başçısı vəzifəsində qalacaq və bu müzakirə olunmur – Niki Lauda belə deyib.
Dünən McLaren komandasının yaydığı rəsmi mətbuat relizində deyilirdi ki, Tim Qoss komandanın yeni texniki direktoru seçilib. Amma relizin sonunda komandanın başçısı Martin Uitmarş qeyd edib ki, “Pəddi Lou ilin sonunadək başqa vəzifəni cira edəcək.”
Mercedes AMG komandasının qeyri-icraçı direktoru Niki Lauda Reuters agentliyinə müsahibəsində bildirib ki, “Rəsmən heç nəyi şərh edə bilmərəm. McLaren Lounu “akademik məzuniyyət”ə göndərib, ona görə də hadisələrin necə cərəyan etməsini gözləyək.
Amma birmənalı bildirmək istəyirəm ki, Ross Braunun komandada vəziyyəti heç müzakirə olunmayıb. Lou bizə gəlir yoxsa gəlmir, bunu mən sizə hələ deyə bilmərəm, amma vəziyyət sakitdir, Ross öz vəzifəsində qalacaq, hər şey nəzarət altındadır.”