F-1.az xəbər verir ki, son ay ərzində bir neçə versiya irəli sürülsə də, qərarın tezliklə veriləcəyi gözlənilir.
Bu qərarın nə olacağına Valteri Bottas sosial şəbəkələrdə işarə edib. Finlandiyalı pilot özünün yarış nömrəsi olan “77” rəqəminin yan tərəfində yazıldığı Audi R8 avtomobili ilə şəkil paylaşıb. Bu paylaşım Bottasın Audi/Sauber komandasına keçid edəcəyinə dair güclü bir mesaj kimi qəbul edilir.
Qeyd edək ki, Valteri Bottas Formula1 karyerası ərzində 9 qələbə və 20 poul qazanıb. Digər tərəfdən, Audi markasının Formula 1-ə qayıdışı böyük maraq doğurur. Almaniya avtomobil nəhənginin 2026-cı ildən etibarən öz mühərriki ilə çempionata qoşulmağı səbirsizliklə gözlənilir.