Niko Hülkenberq və Mik Şumaxer heç danışmırlar

Mövsümün sonunda məlum oldu ki, çempionatdakı hər iki almaniyalı sürücü bu il təqaüdə çıxacaq: Haas komandası Mik Şumaxerlə müqaviləni yeniləmədi, Sebastyan Fettel özü getmək qərarına gəldi.

F-1.az xəbər verir ki, buna baxmayaraq, yeni mövsümdə çempionatda almaniyalı sürücü olacaq, çünki Niko Hülkenberq Formula1-ə qayıdır.

Amerika komandasında yeddiqat dünya çempionunun oğlunu məhz Niko əvəz edəcək, lakin Niko və Mik, ümumiyyətlə, əlaqə saxlamırlar, hərçənd, onların danışacaqları bir çox mövzu var, xüsusən də həmyerli olduqları üçün.

Niko Hülkenberq: “Müqaviləm elan edildikdən sonra onunla əlaqə saxlamamışam. Biz əvvəllər heç vaxt fikir mübadiləsi aparmamışıq və bir-birimizi yalnız pilotların paradları zamanı qısa söhbətlər vasitəsilə tanıyırıq.

Bəlkə də bu, bizim müxtəlif nəsillərə mənsub olmağımızdan irəli gəlir. Ümumiyyətlə, bizim heç vaxt onu Sebastyan Fettellə bağlayan normal münasibətimiz olmayıb”.

Hamıya məlumdur ki, Fettel həmişə Miki dəstəkləyib və onun üçün mentor və böyük dost kimi bir şey olub. Bununla belə, Hülkenberq Haas-ın Şumaxerin xidmətindən imtina etmək qərarına gəlməsində özünü heç də günahkar hesab etmir: “Vəziyyət olduğu kimidir. Məni komandaya götürməsəydilər, başqasını götürərdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*