F-1.az xəbər verir ki, almaniyalı sürücü bildirib ki, o, şanslarını qiymətləndirməklə bağlı realistdir və heç də titul qazanmaq niyyətində deyil.
Niko Hülkenberq: “İnanıram ki, şansları arzularınızla müqayisə edərək real qiymətləndirmək lazımdır. Növbəti mövsümdə məqsədim hər vəziyyətdən maksimum yararlanmaqdır.
Əlbəttə, çox şey maşının nə qədər rəqabətədavamlı olacağından asılıdır, lakin şərait hər an bizim xeyrimizə dönə bilər və belə xoş günlərdə fürsətlərdən istifadə etməliyik.
Biz hər həftəsonu nəticələri maksimuma çatdırmalı və mümkün olan ən yaxşı nəticəni əldə etməliyik”.