Niko Hülkenberq Bakıda yeni MGU-K alacaq

Melburnda keçirilən Avstraliya Qran Prisində Niko Hülkenberq yeddinci yeri tutmaqla mövsümdə ilk xallarını qazanmışdı. Lakin finişdən sonra boksa qayıdarkən Haas sürücüsü komandanın göstərişi ilə maşını trasda saxlamışdı.

F-1.az xəbər verir ki, bu günlərdə məlum olub ki, güc qurğusunun sıradan çıxmasına səbəb MGU-K motor-generatorunun sıradan çıxması olub və Nikonun bəxti gətirib ki, nasaz generatorla finişə çata bilib.

Bakıda baş tutacaq növbəti mərhələdə Haas komandası Hülkenberqin maşınında MGU-K-nı dəyişəcək. Bu, mövsümün ilk əvəzlənməsi olduğundan penalti olmayacaq. Bununla belə, bu, həyəcan siqnalıdır – keçən il Haas maşınlarında MGU-K bloku dörd dəfə sıradan çıxmışdı.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*