F-1.az xatırladır ki, Niki Lauda komandada qeyri-icraçı direktor vəzifəsində çalışdığı zaman komandanın səhmlərinin 10%-ni əldə etmişdi.
“Bir neçə il əvvəl ailəmizdə qərar verilmişdi ki, səhmlərin başqa ailəyə ötürülməməsi üçün vaxtı gələndə Mercedes-in özünə qaytarılacaq.
Elə bir səhər yoxdur ki, mən atam barədə düşünmədən oyanım. Mən hələ də onun bizimlə olmamasına inana bilmirəm. Övlad valideynlərindən birini itirəndə həmişə faciə olur. Atamın ölümündən artıq 8 ay keçib və mən hələ indi-indi yaşamağa cəhd etməyə başlayıram. Avtoidman və Formula1 onun üçün hər şey idi”, – deyə Matias Lauda bildirib.