Nik Kəssidi ilk qələbəsini qazanıb

Belçikanın əfsanəvi Spa trasında DTM çempionatının 6-cı mərhələsi başa çatıb.

F-1.az xəbər verir ki, bazar günü baş tutan ikinci yarışda qələbəyə Red Bull komandasının sürücüsü Nik Kəssidi sevinib – yenizelandiyalı sürücü Ferrari-nin sükanı araxasında ilk qələbəsini qazanıb.

Startda 3-cü olan Nik əvvəlcə önündəki Rene Rastı (Audi) ötüb, daha erkən pit stop sayəsində isə pouldan start almış mövsümün lideri Şeldon van der Lindeni (BMW) qabaqlayıb. Şeldonun finişə qədər hücumları bəhrə verməyib və Nik liderliyini qoruya bilib.

Şeldon bu ikincilik sayəsində mövsümün sonuna iki mərhələ qalmış liderliyini möhkəmlədib, çünki Rastın təkəri deşildiyi üçün mübarizədən kənar qalıb.

Podiumu Porsche-dən Tomas Prayninq tamamlayıb. Yarışı 4-cü yerdə başa vurmuş Mercedes-dən Lukas Auer isə turnir cədvəlində 2-ci pilləyə yüksəlib – avstriyalı sürücü Rastı 2 xal qabaqlasa da, van der Lindeyə 32 xal uduzur.

Çempionat iştirakçıları iki həftədən sonra Red Bull Rinqdə bir araya gələcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*