Nik de Friz: Yarışmağım üçün atam biznesini satdı

Alphatauri komandasının sürücüsü Nik de Friz karyerasına görə atasına minnətdardır.

F-1.az xatırladır ki, niderlandlı sürücünün karyerasını uğurlu adlandırmaq olar. O, 2019-cu ildə Formula2-nin, 2021-ci ildə isə Formula E-nin qalibi olub.

Nik de Friz: “Ailəmin hesabına yarışlara gəldim. Atamın avtosalonları var idi və özü də yarışlarda iştirak edib. Əslində mənim ailəm həmişə avtomobil biznesi ilə məşğul olub. Ulu babam da dilerlərlərin sahibi olub və  sonradan bu ailə biznesinə atamın rəhbərliyik edib. Lakin o bütün vaxtını və enerjisini karyerama həsr etmək üçün biznesini satdı. Avtoidmanla məşğul olmaq arzusu həm mənim, həm də onun idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*