Nik de Friz: Yarışlarda bəzən qəzalar da olur

Mövsümün başlanğıcı Nik de Friz üçün yaxşı getmir. Üç yarışdan sonra təcrübəli niderlandlı fərdi hesabda sonuncu yerdə olsa da, əhvali-ruhiyyəsi müsbətdir.

F-1.az xatırladır ki, Melburnda, ikinci restartda onu başqa bir debütant – Loqan Sarcent trasdan kənarlaşdırmışdı, lakin Nik kin saxlamır …

Nik de Friz: “Yarışda qəzalar da olur, ondan heç kim sığortalanmayıb. Hər kəs səhv edə bilər. Bu, yarış hadisəsi idi, biz irəliləyirik və ümid edirik ki, növbəti yarış daha yaxşı olacaq.

Melburndakı yarışı bir cümlə ilə yekunlaşdırmaq olar – səhv zamanda səhv yerdə idim. Esteban Okon hadisəsi zamanı mən ön qanadımı zədələdim və bu zədə ilə bütün yarışı sürdüm və bu zədə ön təkərlərin sürətlə dənlənməsinə səbəb oldu. Ümid edirəm ki, növbəti dəfə mənim üçün daha yaxşı olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*