Nik de Friz Monza yarışını buraxa bilərmiş

Nik de Friz Formula1-də debütünü 2022-ci ildə Monzada keçirilən İtaliya Qran Prisində edib. Sürücü Williams-da xəstə Aleks Albonu əvəz edib, parlaq yarış keçirib və nəticədə AlphaTauri-də 2023-cü il üçün müqavilə alıb.

F-1.az xəbər verir ki, həmin yarış Nikin debütü baş tutmaya bilərmiş – niderlandı sürücüyə Dünya Dözümlülük Çempionatının (WEC) Fudzidə Yaponiya mərhələsində iştirak etmək təklif olunubmuş…

Nik de Friz: “Həmin həftəsonu Fudzidə WEC raundu var idi və mənim qələbə uğrunda mübarizə aparan komandalardan birində yarışmaq imkanım var idi. Əslində, Fudziyə getməyi çox istəyirdim, çünki yarışmaq imkanım var idi, amma Monzada belə bir imkanım yox idi.

Aston Martin-lə cümə məşqlərində iştirak etmək öhdəliyim var idi, ona görə də qərara gəldim ki, onları yerinə yetirib Monzaya getmək daha yaxşıdır. Sonda Yaponiyada yarışmaq əvəzinə Aston Martin-lə ilk məşqlərə çıxdım, bu da əla oldu.

Cümə gecəsi mən mümkün qədər rahat idim, çünki yarış həftəsonum bitmişdi – məşq etdim və rahatladım. Şənbə günü səhər mən trasa gəldim, çünki səhər saat 10-da və ya 10:30-da Paddock Club-ın qonaqları ilə görüşüm var idi.

Demək olar ki, heç kim görüşə gəlmədi, ona görə də danışmaq və suallara cavab vermək əvəzinə bir neçə qonağın yanında kapuçino içirdim. Bu zaman Ceyms Vavls mənə zəng edib dedi: “Mercedes-in ofisinə gələ bilərsən? Williams-da yarışmaq ehtimalın var”.

Mən Ceymsi düzgün başa düşmədim və onun növbəti mövsüm üçün perspektivdən danışdığını düşündüm. Sadəcə başa düşmədim ki, söhbət bu həftəsonundan gedirmiş. Mercedes-dən sonra Williams-ın yanına getdim və problemin nə olduğunu anladım. Təəssüf ki, gecə Aleks appendisit tutması səbəbindən xəstəxanaya aparılmışdı.

Yarışda iştirak edib-etməyəcəyimə hələ də əmin deyildim, amma 20 dəqiqədən sonra üçüncü məşqdən əvvəl brifinq başladı və həftəsonunun qalan sessiyalarını keçirməli olduğum mənə aydın oldu. O andan etibarən mən praktiki olaraq mühəndislərin ofisini və boksları tərk etmədim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*