F-1.az xəbər verir ki, bir qədər sonra komanda Nik de Frizi boksa çağıraraq, onunla oturacaq tənzimləməsi prosedurunu gerçəkləşdirib.
McLaren komandası əmindir ki, Lando Norris cümə günü maşının sükanı arxasına keçə biləcək, amma hər ehtimala qarşı özünü sığortalayıb.
McLaren-in rəsmi ehtiyat sürücüsü yoxdur, lakin onlar bu iş üçün mövcud olan Mercedes ehtiyat sürücülərindən yararlanırlar. Nik 2022-ci ilin maşınları ilə çox tanışdır, həm testlərdə, həm cümə sərbəst yürüşlərində işləyib, həm də bu il o, Monzada Williams-da Aleks Əlbonu əvəzləyərək xal da qazanmışdı.