F-1.az xəbər verir ki, bu il niderlandlı sürücü AlphaTauri-də tam mövsüm keçirəcək, ona görə də fiziki hazırlığa xüsusi diqqət yetirib.
Nik de Friz: “Mövsümlərarası fasilə zamanı mən idman zalında çox vaxt keçirirəm. Son üç ildə çıxış etdiyim seriyalarda fiziki hazırlığım kifayət qədər idi, amma Formula1 tamam başqa səviyyədir. Stres və psixoloji yüklənmə o qədər böyükdür ki, vaxtaşırı idman zalında məşq etmək və qaçış kifayət etmir. Ciddi fiziki hazırlıq lazımdır – qışda bütün diqqətimi bu sahəyə yönəltdim.
Bundan əlavə, məni yeni mühitə, yeni komandaya inteqrasiya gözləyir, yeni insanlarla tanış olacağam, komandanın hansı səviyyədə olduğunu və nəyi təkmilləşdirə biləcəyimizi başa düşəcəyəm. Əvvəllər karyeramı qurmaqla məşğul idim, bütün qapıları açıq saxlayırdım ki, bir gün arzumu həyata keçirə bildim. İndi burada olduğum üçün əsas məqsədim Formula1-də uğur qazanmaqdır”.