F-1.az xatırladır ki, komanda ardıcıl ikinci yarışdan da əliboş qayıdıb.
Nik de Friz: “Bu gün kifayət qədər yaxşı çıxış etmədim. Yarışa ideal başlamadım, sonra isə tıxacda qaldım. Xüsusilə “DRS qatarı”nda olmaq, ritmə girmək və itirilmiş mövqeləri geri qaytarmaq çətin idi. Hücum etmək və təkər qorumaq arasında düzgün tarazlığı tapa bilmədiyim üçün tam gücümlə hücuma keçə bilmədim. Nəticədə təkərləri istədiyim temperatura qədər qızdırmadım.
Finiş xəttinə yaxınlaşanda önümdə boşluq tapdım və Quanyu Çjouya çatmağa çalışdım – həmin an tempim yüksək və sabit idi. Ümumiyyətlə, Bəhreynlə müqayisədə biz bir addım irəli atdıq, bu müsbətdir. Eyni ruhda və tempdə davam etməliyik”.