N.Çestr: “Bolidin dizaynında dəyişikliklər etməliyik…”

Lotus komandasının rəsmisi Nik Çestr yenidən Renault mühərriklərinə qayıtdıqları üçün bolidin bir çox hissəsinin dizaynını dəyişməli olduqlarını düşünür...

F-1.az xəbər verir ki, 2015-ci ildə Mercedes mühərriklərindən istifadə edən komanda mövsümün sonunda Renault şirkəti tərəfindən satın alınıb. Komanda növbəti mövsümü birillik fasilədən sonra yenidən Renault mühərrikləri ilə keçirəcək.

Bu barədə danışan Nik Çestr bildirib: “Turbo mühərriklərə keçiddən sonra 3-cü mövsümümüzü keçirəcəyik. Bəzi hissələri mühərrik dəyişiminə görə yeniləməliyik, bəziləri isə olduğu kimi qalacaq. Amma bolidin bir çox hissəsinin dizaynı yenilənməlidir. İşlər plana uyğun gedir və mövsümöncəsi testlərə qədər görməli olduğumuz çox iş var…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*