Niderland-2024: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq Niderland Qran Prisinin nəticələri üçün əmsal cədvəllərini tərtib ediblər.

F-1.az xəbər verir ki, yay fasiləsindən sonrakı ilk yarışın favoriti bukmeykerlərin fikrincə, Lando Norrisdir. McLaren pilotunun şansları Maks Ferstappenin şanslarından daha yüksək qiymətləndirilir, baxmayaraq ki, əmsallar arasındakı fərq kiçikdir.

Bukmeykerlərin reytinqində üçüncü yerdə Norrisin komanda yoldaşı Oskar Piastri dayanır. Lyuis Həmilton və Corc Rassellin şansları eyni qiymətləndirilir və Ferrari pilotları ilə Serxio Peresin şanslarından daha yüksəkdir.

Niderland Qran Prisində qələbə
Lando Norris 2.50
Maks Ferstappen 3.25
Oskar Piastri 5.00
Lyuis Həmilton, Corc Rassell 8.00
Şarl Lekler 17.00
Karlos Sayns 26.00
Serxio Peres 34.00
Daniel Rikkardo 51.00

Fərdi hesabda qələbə üçün mərclərdə Maks Ferstappen lider olmaqda davam edir. Mövsümün sonunda titulun Lando Norrisə çatması ehtimalı bukmeykerlər tərəfindən təxminən beş dəfə aşağı qiymətləndirilir.

Çempionatda qələbə (sürücülər)
Maks Ferstappen 1.12
Lando Norris 5.00
Oskar Piastri 101.00
Şarl Lekler 151.00
Lyuis Həmilton 201.00

Mühəndislər Kubokunda qələbə üçün mərclərdə vəziyyət daha maraqlıdır. Red Bull komandaların hesabında lider olmağa davam etsə də, bukmeykerlər bütün mövsümün nəticələrinə görə McLaren-ə üstünlük verirlər.

Çempionatda qələbə (komandalar)
McLaren 1.60
Red Bull 2.20
Mercedes 26.00
Ferrari 34.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*