F-1.az xatırladır ki, ilk və son sərbəst yürüşlərdə Maks Ferstappen, ikinci sərbəst yürüşlərdə isə Lando Norris sürətli olub. Sıralanma turunda isə niderlandlı sürücü doğma arenada növbəti poulunu qazanıb.
Yarışa Ferstappen və Norris ilk, Rassell və Elbon ikinci, Alonso və Sayns isə üçüncü cərgədən başlayıblar. Pirelli buraya sərt üç tərkibi – C1, C2 və C3-ü gətirib. Həmilton Medium, qalan bütün sürücülər isə Soft təkərlərlə yarışa başlayıblar.
Startda Ferstappen yerini qoruyub. Alonso 2, Bottas isə 6 pillə qazanıb. Bir dəqiqə keçməmiş yağış başlayıb və sürücülərin bəziləri həmin dövrədə, qalanları isə növbəti dövrədə keçid təkərləri üçün bokslara gəlib. Yalnız Elbon, Piastri, Bottas və Hülkenberq sliklərlə davam etmək qərarına gəlib.
Louson 10, Qasli isə 5 saniyə cəzalandırılıb. Bir dövrə gec pit-stop etdiyindən gerilərə düşən Ferstappen sürətlə yüksəlib. Yağış dayanıb və tras qurumağa başlayıb. Sürücülər 10-cu dövrədən etibarən sliklərə keçməyə başlayıblar. Leklerin qırılmış ön qanadına düzəliş edilib.
Sarcent 16-cı dövrədə qəza edib və nəticədə TM trasa çıxıb. Restart 21-ci dövrədə verilib və pit-stop etməmiş Elbon dərhal Maqnusseni keçib. Danimarkalı sürücü daha bir neçə nəfər tərəfindən də keçilib. 35-ci dövrədən sonra növbəti pit-stop dalğası başlayıb. Lekler 43-cü dövrədə mübarizəni dayandırıb.
Yarışın sonuna 12 dövrə qalmış güclü yağış başlayıb. Sürücülər yaşıl təkərlərə keçiblər. Yalnız Okon yağış təkərləri taxıb. Peres trasdan çıxıb və Alonsoya keçilib. Çjou qəza edib. Red Bull sürücüləri dərhal yağış təkərlərinə keçiblər, lakin elə bu vaxt yarış qırmızı bayraqlarla dayandırılıb.
Yarış ancaq 43 dəqiqə sonra və hərəkətli startla davam etdirilib. Sürücülər əvvəlcə iki dövrəni TM arxasında vurublar. Restart zamanı düzülüş: Ferstappen – Alonso – Peres – Qasli – Sayns – Həmilton – Norris – Rassell – Elbon – Piastri – Okon – Tsunoda – Stroll – Hülkenberq – Bottas – Louson – Maqnussen.
Ferstappen yerini qoruyub, Rassell Norrisi ötüb. Lakin onların təması nəticəsində Rassellin təkəri deşilib və gerilərə düşüb. Peres pit yolunda sürət həddini aşdığı üçün 5 saniyəlik cəza alıb. Həmilton Saynsa hücumlar etsə də, nəticəsi olmayıb.
Maks Ferstappen bu trasda üçüncü, cari mövsümdə 11-ci, karyerasında isə 46-cı qələbəsini qazanıb. Niderlandlı sürücü ardıcıl 9 qələbə ilə Sebastyan Fettelin rekordunu təkrarlayıb.
Fernando Alonso ikinci olub, Pyer Qasli isə üçüncü yeri tutaraq komandasına cari mövsümdə ilk podiumu qazandırıb.
Mübarizə növbəti həftə əfsanəvi Montsada davam edəcək və Maks orada tarixi bir rekorda imza ata bilər…
Yer | N | Sürücü | Komanda | Zaman | Pit |
1 | 1 | Maks Ferstappen | Red Bull | 2:24:04.411 | 6 |
2 | 14 | Fernando Alonso | Aston Martin | + 0:03.744 | 5 |
3 | 10 | Pyer Qasli | Alpine | + 0:07.058 | 5 |
4 | 11 | Serxio Peres * | Red Bull | + 0:10.068 | 6 |
5 | 55 | Karlos Sayns | Ferrari | + 0:12.541 | 5 |
6 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:13.209 | 5 |
7 | 4 | Lando Norris | McLaren | + 0:13.232 | 6 |
8 | 23 | Aleksander Elbon | Williams | + 0:15.155 | 4 |
9 | 81 | Oskar Piastri | McLaren | + 0:16.580 | 5 |
10 | 31 | Esteban Okon | Alpine | + 0:18.346 | 6 |
11 | 18 | Ləns Stroll | Aston Martin | + 0:20.087 | 7 |
12 | 27 | Niko Hülkenberq | Haas | + 0:20.840 | 5 |
13 | 40 | Lyam Louson | AlphaTauri | + 0:26.147 | 7 |
14 | 77 | Valtteri Bottas | Alfa Romeo | + 0:27.388 | 5 |
15 | 22 | Yuki Tsunoda | AlphaTauri | + 0:29.893 | 5 |
16 | 20 | Kevin Maqnussen ** | Haas | + 0:31.410 | 6 |
17 | 63 | Corc Rassell | Mercedes | + 0:55.754 | 7 |
* – Pit yolunda sürət həddini aşdığı üçün Peresin nəticəsinə 5 saniyə əlavə edilib.
** – Restart zamanı önündəki maşını 10 maşınlıq məsafədən daha çox önə buraxdığı üçün Maqnussenin nəticəsinə 5 saniyə əlavə edilib.
Sürətli dövrə: Fernando Alonso (Aston Martin) – 1:13.837 (57-ci dövrə, 207.651 km/saat)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Quanyu Çjou | Alfa Romeo | 65 | qəza |
Şarl Lekler | Ferrari | 43 | altlığın zədələnməsi |
Loqan Sarcent | Williams | 16 | hidravlika / qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Fertappen | Oracle Red Bull Racing | 339 | |
2 | 11 | Serxio Peres | Oracle Red Bull Racing | 201 | |
3 | 14 | Fernando Alonso | Aston Martin Aramco Cognizant F1 Team | 168 | |
4 | 44 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 156 | |
5 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 102 | |
6 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 99 | |
7 | 63 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 99 | |
8 | 4 | Lando Norris | McLaren F1 Team | 75 | |
9 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 47 | |
10 | 10 | Pyer Qasli | BWT Alpine F1 Team | 37 | |
11 | 31 | Esteban Okon | BWT Alpine F1 Team | 36 | |
12 | 81 | Oskar Piastri | McLaren F1 Team | 36 | |
13 | 23 | Aleksander Elbon | Williams Racing | 15 | |
14 | 27 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 9 | |
15 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team Stake | 5 | |
16 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team Stake | 4 | |
17 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 3 | |
18 | 20 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 540 |
2 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 255 |
3 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 215 |
4 | Scuderia Ferrari | Ferrari | 201 |
5 | McLaren F1 Team | Mercedes | 111 |
6 | BWT Alpine F1 Team | Renault | 16 |
7 | Williams Racing | Mercedes | 15 |
8 | MoneyGram Haas F1 Team | Ferrari | 11 |
9 | Alfa Romeo F1 Team Stake | Ferrari | 9 |
10 | Scuderia AlphaTauri | Honda RBPT | 3 |