F-1.az xəbər verir ki, gün ərzində havanın düzələcəyi gözlənilir.
Xatırladaq ki, dünən qəzada biləyi sınan Daniel Rikkardonu gənc Liam Louson əvəz edir.
Trasa yağış təkərləri ilə öncə Ferstappen, ardınca isə Louson və Çjou çıxıb. Digər sürücülər də bir qədər sonra onları izləyiblər. Yağış səngiyib və trasda gölməçələr olmayıb. Trasın bir tərəfinə günəş düşərkən digər tərəfində qara buludlar olub.
Peres 12-ci döngədə yoldan çıxaraq çınqıllığa düşüb, lakin trasa qayıdıb. Ferstappen isə üçüncü döngədə son anda qəzadan qurtula bilib. Hər iki sürücü hadisədən sonra pitə qayıdıb.
Sessiyanın 20-ci dəqiqəsində keçid təkərlərlə trasa çıxan Maqnussen üçüncü döngədə yerində fırlanaraq qəza edib və ön asılqanı qırıb. Qırmızı bayraqlarla maşının təxliyyəsi üçün fasilə verilib. Sürücülər trasa qayıda bilmək üçün 17 dəqiqə gözləməli olublar. Demək olar ki, hamı keçid təkərlərini seçib, lakin hava şəraiti pisləşib. Lekler səhvə yol verib.
36-cı dəqiqədə daha bir qırmızı bayraq peyda olub. Bu dəfə Çjounun maşını çınqıllığa ilişib qalıb. Təxliyə prossesi sürətli aparılıb və sürücülər proqramlarına davam ediblər.
Okon ilk döngədə maneə ilə təmas etsə də, yoluna davam edə bilib. Sona 11 dəqiqə qalmış yerində fırlanaraq hərəkətin əksi istiqamətində qalan Louson üçüncü qırmızı bayraqlara səbəb olub. Lakin geri dönərək boksa çata bildiyi üçün fasilə qısa olub.
Sürətli dövrə Maks Ferstappendən gəlib – 1:21.631.
Bizi Bakı vaxtı ilə 17:00-dan etibarən gərgin sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:21.631 | – | 18 |
2 | 63 | Corc Rassell | Mercedes | 1:22.010 | +0.379 | 18 |
3 | 11 | Serxio Peres | Red Bull | 1:22.631 | +1.000 | 18 |
4 | 14 | Fernando Alonso | Aston Martin | 1:22.634 | +1.003 | 14 |
5 | 44 | Lyuis Həmilton | Mercedes | 1:22.723 | +1.092 | 18 |
6 | 23 | Aleksander Elbon | Williams | 1:22.750 | +1.119 | 19 |
7 | 81 | Oskar Piastri | McLaren | 1:22.892 | +1.261 | 20 |
8 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:22.965 | +1.334 | 25 |
9 | 16 | Şarl Lekler | Ferrari | 1:23.093 | +1.462 | 12 |
10 | 4 | Lando Norris | McLaren | 1:23.158 | +1.527 | 24 |
11 | 10 | Pyer Qasli | Alpine | 1:23.210 | +1.579 | 15 |
12 | 55 | Karlos Sayns | Ferrari | 1:23.438 | +1.807 | 17 |
13 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:23.544 | +1.913 | 18 |
14 | 2 | Loqan Sarcent | Williams | 1:23.570 | +1.939 | 20 |
15 | 27 | Niko Hülkenberq | Haas | 1:23.640 | +2.009 | 20 |
16 | 31 | Esteban Okon | Alpine | 1:23.806 | +2.175 | 12 |
17 | 18 | Ləns Stroll | Aston Martin | 1:24.058 | +2.427 | 15 |
18 | 40 | Liam Louson | AlphaTauri | 1:26.343 | +4.712 | 26 |
19 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:28.482 | +6.851 | 9 |
20 | 20 | Kevin Maqnussen | Haas | – | – | 1 |