Niderland-2023: İkinci sərbəst yürüşlər

Proqnozlara baxmayaraq, cümə günü yağan yağış yalnız Formula2-nin məşqinə maneçilik törədib, sonra isə tras bütün gün quru olub.

F-1.az xəbər verir ki, güc qurğusuna görə ilk məşqləri demək olar ki, itirən Strollun problemi aradan qaldırılıb. Bu dəfə sessiya artıq 10-cu dəqiqədən qırmızı bayraqlarla dayandırılıb. Piastri əvvəlcə üçüncü döngədə yerində fırlanaraq baryerlərə dəyib, daha sonra isə Rikkardo ilə toqquşub. Hər iki maşın təxliyə edilib və fasilə 12 dəqiqə davam edib. Oskar və Daniel üçün sessiya bitib. Rikkardo əlindən aldığı zədəyə görə xəstəxanaya göndərilib.

İlk sessiyada olduğu kimi, bu dəfə də sürücülər sonradan daha yumşaq təkərlərə keçərək sürəti artırıblar. Sonlara yaxın Sayns da çınqıllığa çıxıb. Tras qısa olduğundan, nəticələr də çox sıx olub – 16 sürücü 1 saniyənin içində nəticə göstəriblər. Ən yaxşı dövrə isə bu dəfə Lando Norrisdən gəlib – 1:11.330.

Sabah bizi gərgin sıralanma turu gözləyir, lakin proqnozlar sabaha bol yağıntı vəd edirlər…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 4 Lando Norris McLaren 1:11.330 30
2 1 Maks Ferstappen Red Bull 1:11.353 +0.023 26
3 23 Aleksander Elbon Williams 1:11.599 +0.269 31
4 44 Lyuis Həmilton Mercedes 1:11.638 +0.308 27
5 22 Yuki Tsunoda AlphaTauri 1:11.720 +0.390 31
6 10 Pyer Qasli Alpine 1:11.766 +0.436 30
7 11 Serxio Peres Red Bull 1:11.817 +0.487 29
8 18 Ləns Stroll Aston Martin 1:11.835 +0.505 31
9 77 Valtteri Bottas Alfa Romeo 1:11.857 +0.527 31
10 14 Fernando Alonso Aston Martin 1:11.863 +0.533 31
11 16 Şarl Lekler Ferrari 1:11.915 +0.585 30
12 2 Loqan Sarcent Williams 1:11.934 +0.604 32
13 31 Esteban Okon Alpine 1:12.001 +0.671 30
14 63 Corc Rassell Mercedes 1:12.009 +0.679 28
15 23 Quanyu Çjou Alfa Romeo 1:12.074 +0.744 30
16 55 Karlos Sayns Ferrari 1:12.093 +0.763 31
17 20 Kevin Maqnussen Haas 1:12.404 +1.074 28
18 27 Niko Hülkenberq Haas 1:12.693 +1.363 31
19 81 Oskar Piastri McLaren 1:12.901 +1.571 6
20 3 Daniel Rikkardo AlphaTauri 1:13.096 +1.766 7
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*