F-1.az xəbər verir ki, tribunalar elə ilk sessiyadan tam dolu olub.
Robert Şvartsman bu il ilk dəfə rəsmi sessiyada iştirak edib – o, Karlosu əvəzləyib.
Trasın vəziyyəti getdikcə düzəlib. Sürücülər yenilikləri yoxlayıblar. Hard və Medium-larla başlayıblar və tədricən Soft-lara keçərək sürəti artırıblar. Tsunoda, Norris, Piastri, Çjou və Stroll ilk yarım saatda nəticə göstərməyiblər. Ləns güc qurğusundan gələn qəribə səsə görə pitə qayıdıb – mexaniklər onun maşınına qulluq ediblər və kanadalı sürücü daha trasa çıxmayıb.
Sessiya səhvsiz ötüşməyib. Alonso 12-ci döngədə çınqıllığa düşüb. Eyni səhvə növbəti döngədə sona 12 dəqiqə qalmış yol verən Hülkenberq qırmızı bayraqlara səbəb olub. Yeni ön qanad zədələnib. Fasilə 5 dəqiqə davam edib.
Maks Ferstappen ən sürətli sürücü olub – 1:11.852. Məşqlər axşam davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:11.852 | – | 31 |
2 | 14 | Fernando Alonso | Aston Martin | 1:12.130 | +0.278 | 22 |
3 | 44 | Lyuis Həmilton | Mercedes | 1:12.225 | +0.373 | 24 |
4 | 11 | Serxio Peres | Red Bull | 1:12.323 | +0.471 | 27 |
5 | 23 | Aleksander Elbon | Williams | 1:12.447 | +0.595 | 25 |
6 | 4 | Lando Norris | McLaren | 1:12.460 | +0.608 | 22 |
7 | 2 | Loqan Sarcent | Williams | 1:12.617 | +0.765 | 30 |
8 | 81 | Oskar Piastri | McLaren | 1:12.658 | +0.806 | 21 |
9 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:12.749 | +0.897 | 21 |
10 | 31 | Esteban Okon | Alpine | 1:12.802 | +0.950 | 29 |
11 | 63 | Corc Rassell | Mercedes | 1:12.813 | +0.961 | 23 |
12 | 10 | Pyer Qasli | Alpine | 1:12.895 | +1.043 | 30 |
13 | 3 | Daniel Rikkardo | AlphaTauri | 1:12.990 | +1.138 | 26 |
14 | 20 | Kevin Maqnussen | Haas | 1:13.322 | +1.470 | 30 |
15 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:13.448 | +1.596 | 30 |
16 | 16 | Şarl Lekler | Ferrari | 1:13.519 | +1.667 | 26 |
17 | 24 | Quanyu Çjou | Alfa Romeo | 1:13.826 | +1.974 | 20 |
18 | 27 | Niko Hülkenberq | Haas | 1:14.023 | +2.171 | 13 |
19 | 39 | Robert Şvartsman | Ferrari | 1:14.803 | +2.951 | 25 |
20 | 18 | Ləns Stroll | Aston Martin | 1:38.402 | +26.550 | 2 |