F-1.az xatırladır ki, ilk sərbəst yürüşdə Corc Rassell hamını qabaqlayıb, ikinci və dünən baş tutan son məşqlərdə isə Şarl Lekler protokollarda birinci olub. Olduqca gərgin keçən sıralanma turunda Maks Ferstappen monakolu rəqibini çox cüzi fərqlə üstələyərək poulun sahibi olub.
Pirelli buraya Hard, Medium və Soft təkərlər rolunda ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Hamilton, Rassell, Norris, Şumaxer, Elbon və Magnussen Medium-da başlayıblar, qalanları Soft-u seçiblər.
Yarışa ilk cərgədən Ferstappen və Lekler, ikinci cərgədən Sayns və Həmilton, üçüncü cərgədən isə Peres və Rassell başlayıblar.
Startda Ferstappen yerini qoruyub, Həmilton Saynsa hücum edərək onunla təmas yaşayıb, lakin maşınlara heç nə olmayıb. Norris Rasselli qabaqlayıb, Şumaxer 2 yer itirib. Maqnussen ilk döngədə idarəetməni itirib və divara toxunub, lakin yoluna davam edə bilib. 2-ci dövrədə ilk onluq: Ferstappen – Lekler – Sayns – Həmilton – Peres – Norris – Rassell – Stroll – Okon – Şumaxer.
Rassell 4-cü dövrədə yerini qaytarıb. Lyuis Karlosa təzyiqlər etsə də, real hücumlara sürət imkan verməyib. Alonso 10-cu dövrədə Qaslini geridə qoyub, Fettel isə pit-stopa üz tutub. Maqnussen Latifini, Alonso isə Tsunodanı keçib. 12-ci dövrədən etibarən Qasli, Rikkardo, Alonso, Çjou, Şumaxer, Tsunoda, Latifi, pit-stop dalğasını başladıblar. Miki 8 saniyə gecikdiriblər, Quanyu isə pit yolunda sürət həddini aşdığı üçün 5 saniyəlik cəza alıb.
Sayns, Peres və Maqnussen də təkərlərini dəyişiblər – ispan sürücünün arxa sol təkəri gec gətirilib və bu da böyük vaxt itkisinə səbəb olub. Peres Ferrari mexaniklərinin onun yoluna qoyduğu təkər açan vasitənin üstündən keçməli olub. Stroll və Bottas 17-ci, Lekler və Norris 18-ci, Ferstappen və Okon isə 19-cu dövrədə yeni təkərlərə keçiblər.
Bottasın Fettelə hücumu da təmasla nəticələnsə də, hər iki sürücü üçün hər şey yaxşı qurtarıb. Elbonun da pit-stopa çağrılmasından sonra köhnə təkərlərlə yalnız Mercedes sürücüləri yarışa davame diblər. Ferstappen 28-ci dövrədə Rasselli keçərək ikinci olub. Həmilton 30, Rassell isə 32-ci dövrədə sərt təkərlərə keçib. 33-cü dövrədən etibarən Qasli, Şumaxer, Bottas, Maqnussen və Fettel pit-stopa dəvət ediliblər.
Hard təkərlərlə yarışan Mercedes sürücüləri templərini artıraraq liderlə fərqi azaltmağa çalışıblar. Həmilton Peresi keçərək üçüncü olub. Çjou və Stroll daha bir pit-stop ediblər. Peres Rassell tərəfindən də ötülüb. Peres, Tsunoda, Elbon və Sayns 41-ci dövrədən etibarən növbəti dəfə təkər dəyişiblər.
Tsunoda 44-cü dövrədə yol kənarında dayanıb – təkər dəyişdikdən sonra ona elə gəlib ki, maşında nasazlıq var. Bir qədər sonra isə hərəkətini bərpa edərək pit yoluna gəlib. Lekler 46-cı dövrədə pit-stop edib. Trasa qayıdan Tsunoda yenidən maşını saxlamalı olub. VTM rejimi elan edilib, Norris, Alonso, Ferstappen, Həmilton, Rassell, Şumaxer, Maqnussen, Rikkardo və Fettel təkərlərini dəyişiblər. VTM arxasında ilk onluq: Ferstappen – Həmilton – Rassell – Lekler – Peres – Okon – Sayns – Norris – Alonso – Stroll.
Restart 50-ci dövrədə elan edilib. Maks ən sərt, Mercedes sürücüləri isə Medium təkərlərə keçiblər. Sona 22 dövrə qalmış Lyuis və Corc lider Maks ilə fərqi bağlamağa başlayıblar. Fettel mavi bayraqlara məhəl qoymadığı üçün 5 saniyəlik cəza alıb. Bottas 55-ci dövrədə güc qurğusundakı problemə görə start düzlüyündə dayanmalı olub. TM trasa daxil olub. Əksər komandalar sürücülərini yarışın son kiçik hissəsi üçün Soft təkərlərə keçiriblər, Həmilton isə pit-stop etməyərək köhnə Medium-larla davam edib.
Komanda Saynsı Alonsonun düz qarşısında pit-stopdan buraxaraq təhlükə yaradıb. Karlosa 5 saniyəlik cəza verilib. TM arxasında ilk onluq: Həmilton – Ferstappen – Rassell – Lekler – Peres – Sayns – Alonso – Norris – Okon – Stroll.
Restart 60-cı dövrədə, sona 12 dövrə qalmış verilib. Ferstappen dərhal Həmiltona hücum edərək liderliyə yüksəlib, Sayns isə Peresi üstələyib. Köhnə təkərlərlə qalmış Lyuis daha sonra komanda yoldaşına və Leklerə keçilib və podium şansını itirib.
Maks Ferstappen ilk dəfə ardıcık dördüncü, mövsümdə 10-cu və karyerasında 30-cu qələbəsini əldə edib. Corc Rassell ikinci olaraq ən yaxşı nəticəsini təkrarlayıb. Podiumun son pilləsinə isə Şarl Lekler yüksəlib. Onun çempionatdakı xalları Serxio Pereslə bərabərləşib.
Mübarizə gələn həftəsonu əfsanəvi Montsada davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Mövqe |
1 | 1 | Maks Ferstappen | Red Bull | 1:36:42.773 | 3 |
2 | 63 | Corc Rassell | Mercedes | + 0:04.071 | 3 |
3 | 16 | Şarl Lekler | Ferrari | + 0:10.929 | 3 |
4 | 44 | Lyuis Həmilton | Mercedes | + 0:13.016 | 2 |
5 | 11 | Serxio Peres | Red Bull | + 0:18.168 | 3 |
6 | 14 | Fernando Alonso | Alpine | + 0:18.754 | 2 |
7 | 4 | Lando Norris | McLaren | + 0:19.306 | 3 |
8 | 55 | Karlos Sayns * | Ferrari | + 0:20.916 | 3 |
9 | 31 | Esteban Okon | Alpine | + 0:21.117 | 2 |
10 | 18 | Ləns Stroll | Aston Martin | + 0:22.459 | 3 |
11 | 10 | Pyer Qasli | AlphaTauri | + 0:27.009 | 3 |
12 | 23 | Aleksander Elbon | Williams | + 0:30.390 | 3 |
13 | 47 | Mik Şumaxer | Haas | + 0:32.995 | 3 |
14 | 5 | Sebastyan Fettel | Aston Martin | + 0:36.007 | 3 |
15 | 20 | Kevin Maqnussen | Haas | + 0:36.869 | 3 |
16 | 24 | Quanyu Çjou | Alfa Romeo | + 0:37.320 | 3 |
17 | 3 | Daniel Rikkardo | McLaren | + 0:37.764 | 4 |
18 | 6 | Nikolas Latifi | Williams | +1 dövrə | 3 |
* – Karlos Saynsın nəticəsinə pit-stopdan təhlükəli çıxdığı üçün 5 saniyə əlavə edilib
* – Sebastyan Fettelin nəticəsinə mavi bayraqlara məhəl qoymadığı üçün 5 saniyə əlavə edilib
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:13.652 (62-ci dövrə, 208.173 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Valtteri Bottas | Alfa Romeo | 55 | güc qurğusu |
Yuki Tsunoda | AlphaTauri | 45 | mexaniki problem |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 1 | Maks Ferstappen | Red Bull Racing | 310 | |
2 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 201 | |
2 | 11 | Serxio Peres | Red Bull Racing | 201 | |
4 | 63 | Corc Rassell | Mercedes-AMG Petronas F1 Team | 188 | |
5 | 55 | Karlos Sayns | Scuderia Ferrari | 175 | |
6 | 44 | Lyuis Həmilton | Mercedes-AMG Petronas F1 Team | 158 | |
7 | 4 | Lando Norris | McLaren Racing | 82 | |
8 | 31 | Esteban Okon | Alpine F1 Team | 66 | |
9 | 14 | Fernando Alonso | Alpine F1 Team | 59 | |
10 | 77 | Valtteri Bottas | Alfa Romeo F1 Team ORLEN | 46 | |
11 | 10 | Kevin Maqnussen | Haas F1 Team | 22 | |
12 | 5 | Sebastyan Fettel | Aston Martin Aramco Cognizant F1 Team | 20 | |
13 | 3 | Daniel Rikkardo | McLaren Racing | 19 | |
14 | 20 | Pyer Qasli | Scuderia AlphaTauri | 18 | |
15 | 47 | Mik Şumaxer | Haas F1 Team | 12 | |
16 | 22 | Yuki Tsunoda | Scuderia AlphaTauri | 11 | |
17 | 24 | Quanyu Çjou | Alfa Romeo F1 Team ORLEN | 5 | |
18 | 18 | Ləns Stroll | Aston Martin Aramco Cognizant F1 Team | 5 | |
19 | 23 | Aleksander Elbon | Williams Racing | 4 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Red Bull | 511 |
2 | Scuderia Ferrari | Ferrari | 376 |
3 | Mercedes-AMG Petronas F1 Team | Mercedes | 346 |
4 | Alpine F1 Team | Renault | 125 |
5 | McLaren F1 Team | Mercedes | 101 |
5 | Alfa Romeo F1 Team ORLEN | Ferrari | 51 |
6 | Haas F1 Team | Ferrari | 34 |
8 | Scuderia AlphaTauri | Red Bull | 29 |
9 | Aston Martin Aramco Cognizant F1 Team | Mercedes | 25 |
10 | Williams Racing | Mercedes | 4 |