Niderland-2022: İkinci sərbəst yürüşlər

F2-də baş verən qəzanın nəticələrini aradan qaldırmaqla əlaqədar ikinci məşqlər vaxtından 15 dəqiqə gec başlayıb. Trasın vəziyyəti daha yaxşı olub. Asfalt rezin qatı ilə örtülüb, lakin güclü külək yenə davam edib.

F-1.az bildirir ki, ilk sessiyanı ötürmələr qutusundakı problemə görə buraxan Ferstappen trasa ilk çıxanlardan olub. Qasli isə ilk 10 dəqiqəni boksda keçirməli olub. Sürücülər dar və keçilməz olan trasda böyük əhəmiyyət daşıyan sıralanma turu üçün hazırlaşıblar. Əvvəlcə isə Medium təkərlərlə uzun dövrələr vurublar.

Bu dəfə də məşqlərə qırmızı bayraqlarla fasilə verilib – Tsunoda 10-cu döngənin çıxışında çınqıllığa düşüb və çıxa bilməyib. Rikkardo isə yağ sızmasına görə günü erkən başa vurub.

Sessiyanın bitməsinə 4 qalmış yanan yaşıl işıqlardan sonra sürücülər az miqdarda yanacaq və Soft təkərlərlə boksları tərk ediblər. Lakin kimsə sürətli dövrəyə cəhd etməyib.

Protokollara 1:12.345-lik nəticə ilə Şarl Lekler başçılıq edib. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:12.345 27
2 55 Karlos Sayns Ferrari 1:12.349 + 0:00.004 30
3 44 Lyuis Həmilton Mercedes 1:12.417 + 0:00.072 21
4 4 Lando Norris McLaren 1:12.448 + 0:00.103 24
5 63 Corc Rassell Mercedes 1:12.655 + 0:00.310 27
6 18 Ləns Stroll Aston Martin 1:12.746 + 0:00.401 28
7 14 Fernando Alonso Alpine 1:12.848 + 0:00.503 25
8 1 Maks Ferstappen Red Bull 1:13.042 + 0:00.697 22
9 31 Esteban Okon Alpine 1:13.305 + 0:00.960 27
10 3 Daniel Rikkardo McLaren 1:13.362 + 0:01.017 10
11 22 Yuki Tsunoda AlphaTauri 1:13.419 + 0:01.074 19
12 11 Serxio Peres Red Bull 1:13.493 + 0:01.148 23
13 47 Mik Şumaxer Haas 1:13.604 + 0:01.259 27
14 5 Sebastyan Fettel Aston Martin 1:13.611 + 0:01.266 27
15 24 Quanyu Çjou Alfa Romeo 1:13.624 + 0:01.279 25
16 10 Pyer Qasli AlphaTauri 1:13.666 + 0:01.321 16
17 23 Aleksander Elbon Williams 1:13.837 + 0:01.492 26
18 77 Valtteri Bottas Alfa Romeo 1:14.167 + 0:01.822 27
19 20 Kevin Maqnussen Haas 1:14.282 + 0:01.937 25
20 6 Nikolas Latifi Williams 1:14.797 + 0:02.452 24
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*