Niderland-2022: Birinci sərbəst yürüşlər

Məşqlərdən əvvəl trasın vəziyyəti arzulanandan uzaq olub - güclü külək və qum sürücülərin işini bir qədər çətinləşdirib. Əvvəlcə hamı sərt təkərləri yoxlasa da, bu çox davam etməyib.

F-1.az bildirir ki, Şumaxer vvə Maqnussen 10-cu döngədə səhvə yol verərək çınqıllığa düşüblər. Bir qədər sonra isə qırmızı bayraqlar dalğalanıb – Ferstappen ötürmələr qutusundakı problemə görə üçüncü döngənin çıxışında dayanıb və ilk məşqlər onun üçün başa çatıb.

Restartdan sonra demək olar ki, hamı Soft təkərləri yoxlayıb, Medium-lar isə olduqca az işlədilib. Rikkardonunda sürətli olmasını xahiş ediblər, o isə 10-cu döngədə səhv edərək təkərlərini yandırıb. Peres isə 9-cu döngədə maneyə toxunub.

Protokollara Corc Rassell başçılıq edib – 1:12.455. Məşqlər bu gün davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 63 Corc Rassell Mercedes 1:12.455 29
2 44 Lyuis Həmilton Mercedes 1:12.695 + 0:00.240 28
3 55 Karlos Sayns Ferrari 1:12.845 + 0:00.390 30
4 4 Lando Norris McLaren 1:12.929 + 0:00.474 32
5 3 Daniel Rikkardo McLaren 1:13.077 + 0:00.622 31
6 16 Şarl Lekler Ferrari 1:13.127 + 0:00.672 30
7 11 Serxio Peres Red Bull 1:13.416 + 0:00.961 30
8 14 Fernando Alonso Alpine 1:13.633 + 0:01.178 31
9 31 Esteban Okon Alpine 1:13.963 + 0:01.508 33
10 23 Aleksander Elbon Williams 1:14.063 + 0:01.608 29
11 47 Mik Şumaxer Haas 1:14.163 + 0:01.708 29
12 18 Ləns Stroll Aston Martin 1:14.257 + 0:01.802 30
13 20 Kevin Maqnussen Haas 1:14.405 + 0:01.950 31
14 10 Pyer Qasli AlphaTauri 1:14.474 + 0:02.019 28
15 5 Sebastyan Fettel Aston Martin 1:14.500 + 0:02.045 28
16 23 Quanyu Çjou Alfa Romeo 1:14.534 + 0:02.079 18
17 22 Yuki Tsunoda AlphaTauri 1:14.630 + 0:02.175 31
18 77 Valtteri Bottas Alfa Romeo 1:14.695 + 0:02.240 22
19 1 Maks Ferstappen Red Bull 1:14.714 + 0:02.259 7
20 6 Nikolas Latifi Williams 1:15.122 + 0:02.667 33
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*