F-1.az bildirir ki, əksər sürücülər əvvəlcə orta təkərlərlə dövrə vursalar da, tədricən yumşaq dəstlərə keçiblər. Zandfortda dar trasda ötmələr dümək olar ki, mümkündüzdür və start mövqeyi həlledici rol oynayır. Buna görə də, hamı bu sessiyada məhz təsnifata hazırlaşıb.
Fettel 18-ci dəqiqədə yoldan çıxaraq DRS lövhəsini yıxıb, lakin hərəkətə davam edib. İki dəqiqə sonra isə Saynsın 3-cü döngənin çıxışındakı qəzası qırmızı bayraqlara səbəb olub. Maşın təxliyə edilib və sessiya 12 dəqiqədən sonra davam edib.
Norris 9-cu döngədə çınqıllığa çıxıb, Şumaxer isə son dəqiqələrdə 11-ci döngəni kəsib. Trasa sonradan çıxan Maks Ferstappen həftəsonunun hələ ki, ən sürətli dövrəsini vuraraq yerli azarleşləri coşdurub – 1:09.623.
Bizi Bakı vaxtı ilə 17:00-da gərgin sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:09.623 | – | 13 |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:10.179 | + 0:00.556 | 16 |
3 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:10.417 | + 0:00.794 | 21 |
4 | 11 | Serxio Peres | Red Bull | 1:10.526 | + 0:00.903 | 19 |
5 | 14 | Fernando Alonso | Alpine | 1:10.670 | + 0:01.047 | 16 |
6 | 4 | Lando Norris | McLaren | 1:10.781 | + 0:01.158 | 18 |
7 | 18 | Ləns Stroll | Aston Martin | 1:10.842 | + 0:01.219 | 18 |
8 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:10.872 | + 0:01.249 | 19 |
9 | 16 | Şarl Lekler | Ferrari | 1:10.896 | + 0:01.273 | 19 |
10 | 10 | Pyer Qasli | AlphaTauri | 1:11.005 | + 0:01.382 | 21 |
11 | 3 | Daniel Rikkardo | McLaren | 1:11.013 | + 0:01.390 | 18 |
12 | 6 | Nikolas Latifi | Williams | 1:11.083 | + 0:01.460 | 18 |
13 | 31 | Esteban Okon | Alpine | 1:11.180 | + 0:01.557 | 22 |
14 | 63 | Corc Rassell | Williams | 1:11.274 | + 0:01.651 | 20 |
15 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:11.299 | + 0:01.676 | 19 |
16 | 55 | Karlos Sayns | Ferrari | 1:11.940 | + 0:02.317 | 5 |
17 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:11.980 | + 0:02.357 | 28 |
18 | 9 | Nikita Mazepin | Haas | 1:12.136 | + 0:02.513 | 22 |
19 | 88 | Robert Kubitsa | Alfa Romeo | 1:12.162 | + 0:02.539 | 27 |
20 | 47 | Mik Şumaxer | Haas | 1:12.366 | + 0:02.743 | 19 |