F-1.az xatırladır ki, dünənki ilk məşqdə Lyuis Həmilton protokollara başçılıq edib. İkinci sessiyada Şarl Lekler hamını üstələyib, bugünə təsadüf edən son məşqlərdə isə Maks Ferstappen fərqlənib.
Alfa Romeo komandasından şənbə günü verilən məlumatda Kimi Rəykkönenin koronavirus testinin müsbət çıxdığı, onu Robert Kubitsanın əvəzləyəcəyi bildirilib.
Hər 3 məşq sessiyasında qəzalara görə qırmızı bayraqlar olub. Yolun dar olması təxliyə zamanı başqa seçim qoymur.
Pirelli buraya ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Yumşaq təkərlər sürətli olsalar da, səmərərəliyini itirmələri üçün bir dövrə kifayət edib. Sürücülərə mane olan digər amil isə qısa trasda sıxlığın çoxluğu olub.
İlk Sessiyada Mercedes sürücüləri Medium, qalanları Soft təkərlərlə mübarizəyə başlayıblar. İlk cəhddə Ferstappen 1:10.036 ilə hamını üstələyib, Həmilton daha sərt təkərlə ona cüzi fərqlə uduzub. İkinci cəhdlərdə sürətlər daha da artıb. Ferstappen, Qasli və Alonsodan başqa hamı yenidən trasa çıxıb. Lekler 1:09.829-luq dövrə vurub. Lekler sürətli dövrəsində olarkən Haas sürücüləri ona mane olub. İnsident sonradan araşdırılsa da, heç kimə cəza verilməyib. Peres isə növbəti sürətli dövrəyə başlaya bilməyib. Mazepin, Şumaxer, Kubitsa, Fettel və Peres üçün sıralanma turu başa çatıb.
İkinci Sessiyada hamı Soft təkərləri seçib, Mercedes sürücüləri isə işlənim Soft-larla trasa çıxıblar. Ferstappenin ilk cəhdi çox sürətli olub – 1:09.071. İlk onluğa düşməyə çalışan Rassell 13-cü döngədə idarəetməni itirərək trasdan çıxıb və qəza edib. Qırmızı bayraqlar dalğalanıb, Corc özü maşını boksa çatdıra bilib. Fasilə 8 dəqiqə davam edib. Bir qədər sonra sessiya yenidən dayandırılıb. Latifi sürətli dövrədə olarkən Həmiltonun maşınından yayınmağa çalışıb və trasdan çıxaraq divara çırpılıb. Zərbə gücle olub və Latifi tibbi mərkəzə göndərilib. Sessiya davam etdirilməyib, Tsunoda, Latifi, Norris, Stroll və Rassell poul mübarizəsində iştirak etməyə haqq qazana bilməyiblər.
Son sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. Tras daha sürətli olub. Ferstappen dərhal çox sürətli dövrə vurub – 1.08.923. Bottas ona 0.3 saniyə uduzub. İkinci cəhdlərdə Həmilton Maksın əvvəlki nəticəsini təkrarlayıb, lakin ilk və üçüncü sektoru pis keçən Ferstappen nəticəsini ikinci sektor hesabına daha da yaxşılaşdıraraq poulun sahibi olub – 1:08.885.
Beləliklə, Maks Ferstappen mövsümdə 7-ci, karyerasında isə 10-cu poulunu qazanıb. Sabahkı yarışa onunla ilk cərgədən çempionatdakı əsas rəqibi Lyuis Həmilton başlayacaq. Onların arxasından start alacaq sürücülər Valtteri Bottas və Pyer Qaslidir. Ferrari sürücüləri isə üçüncü cərgədə qərarlaşıblar…
Yer | N | Sürücü | Komanda | 1-ci sessiya | 2-ci sessiya | 3-cü sessiya | |||||
Yer | Zaman | Dövrə | Yer | Zaman | Dövrə | Zaman | Dövrə | ||||
1 | 33 | Maks Ferstappen | Red Bull | 3 | 1:10.036 | 3 | 1 | 1:09.071 | 5 | 1:08.885 | 7 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 6 | 1:10.114 | 6 | 4 | 1:09.726 | 4 | 1:08.923 | 7 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | 8 | 1:10.219 | 6 | 5 | 1:09.769 | 4 | 1:09.222 | 7 |
4 | 10 | Pyer Qasli | AlphaTauri | 10 | 1:10.274 | 6 | 3 | 1:09.541 | 5 | 1:09.478 | 6 |
5 | 16 | Şarl Lekler | Ferrari | 1 | 1:09.829 | 9 | 2 | 1:09.437 | 3 | 1:09.527 | 6 |
6 | 55 | Karlos Sayns | Ferrari | 2 | 1:10.022 | 9 | 7 | 1:09.870 | 4 | 1:09.537 | 6 |
7 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 4 | 1:10.050 | 8 | 10 | 1:10.033 | 3 | 1:09.590 | 6 |
8 | 31 | Esteban Okon | Alpine | 7 | 1:10.179 | 6 | 8 | 1:09.919 | 5 | 1:09.933 | 6 |
9 | 14 | Fernando Alonso | Alpine | 12 | 1:10.435 | 3 | 9 | 1:10.020 | 4 | 1:09.956 | 6 |
10 | 3 | Daniel Rikkardo | McLaren | 9 | 1:10.255 | 7 | 6 | 1:09.865 | 4 | 1:10.166 | 6 |
11 | 63 | Corc Rassell | Williams | 11 | 1:10.382 | 8 | 11 | 1:10.332 | 5 | ||
12 | 18 | Ləns Stroll | Aston Martin | 13 | 1:10.438 | 8 | 12 | 1:10.367 | 5 | ||
13 | 4 | Lando Norris | McLaren | 15 | 1:10.489 | 8 | 13 | 1:10.406 | 5 | ||
14 | 6 | Nikolas Latifi | Williams | 5 | 1:10.093 | 9 | 14 | 1:11.161 | 7 | ||
15 | 22 | Yuki Tsunoda | AlphaTauri | 14 | 1:10.462 | 11 | 15 | 1:11.314 | 4 | ||
16 | 11 | Serxio Peres | Red Bull | 16 | 1:10.530 | 9 | |||||
17 | 5 | Sebastyan Fettel | Aston Martin | 17 | 1:10.731 | 7 | |||||
18 | 88 | Robert Kubitsa | Alfa Romeo | 18 | 1:11.301 | 9 | |||||
19 | 47 | Mik Şumaxer | Haas | 19 | 1:11.387 | 11 | |||||
20 | 9 | Nikita Mazepin | Haas | 20 | 1:11.875 | 10 |