F-1.az bildirir ki, sürücülər orta və sərt tərkiblərin səmərəliliyini yoxlamaq üçün uzun dövrələr vurmağa başlasalar da, tezliklə bokslara qayıtmalı olublar. Sessiya 6-cı dəqiqədə qırmızı bayraqlarla dayandırılıb – Mercedes komandası telemetriyadan Həmiltonun maşınının motorunda yağın təzyiqinin aşağı düşdüyünü görüb və ondan maşını dərhal saxlamasını istəyib. Lyuis maşını 11-ci döngədə saxlayıb.
Təxliyə 7 dəqiqə davam edib və yaşıl işıqlar yanıb. Həmilton daha trasa qayıtmayıb. Sessiyanın ortalarında Mazepin növbəti fasiləyə səbəb olub. Rus sürücü 11-ci döngədə yerində fırlanaraq asfaltdan çıxıb çınqıllığa düşüb.
Protokollara 1:10.902-lik nəticə ilə Şarl Lekler başçılıq edib. Məşqlər sabah davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:10.902 | – | 29 |
2 | 55 | Karlos Sayns | Ferrari | 1:11.056 | + 0:00.154 | 28 |
3 | 31 | Esteban Okon | Alpine | 1:11.074 | + 0:00.172 | 33 |
4 | 77 | 4. В.Боттас | Mercedes AMG | 1:11.132 | + 0:00.230 | 33 |
5 | 33 | Maks Ferstappen | Red Bull | 1:11.264 | + 0:00.362 | 27 |
6 | 14 | Fernando Alonso | Alpine | 1:11.280 | + 0:00.378 | 30 |
7 | 10 | Pyer Qasli | AlphaTauri | 1:11.462 | + 0:00.560 | 29 |
8 | 4 | Lando Norris | McLaren | 1:11.488 | + 0:00.586 | 27 |
9 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:11.678 | + 0:00.776 | 30 |
10 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:11.713 | + 0:00.811 | 24 |
11 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:11.911 | + 0:01.009 | 3 |
12 | 11 | Serxio Peres | Red Bull | 1:11.946 | + 0:01.044 | 26 |
13 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:12.096 | + 0:01.194 | 31 |
14 | 18 | Ləns Stroll | Aston Martin | 1:12.136 | + 0:01.234 | 29 |
15 | 3 | Daniel Rikkardo | McLaren | 1:12.157 | + 0:01.255 | 25 |
16 | 7 | Kimi Rəykkönnen | Alfa Romeo | 1:12.206 | + 0:01.304 | 30 |
17 | 47 | Mik Şumaxer | Haas | 1:12.607 | + 0:01.705 | 31 |
18 | 6 | Nikolas Latifi | Williams | 1:12.610 | + 0:01.708 | 27 |
19 | 9 | Nikita Mazepin | Haas | 1:12.835 | + 0:01.933 | 12 |
20 | 63 | Corc Rassell | Williams | 1:12.855 | + 0:01.953 | 30 |