F-1.az bildirir ki, biletlərin 67%-nin satılmasına icazə verildə də, tribunalarda boş yer demək olar ki, qalmayıb. Azarkeşlər elə ilk dəqiqələrdən Ferstappeni alqqışlarla qarşılayıblar. Tsunoda ilk dövrəsində yerində fırlanıb. Sonra bir az məsafə qət edib və bokslara qayıdıb. Məşqlər onun üçün başa çatıb.
Fettel sessiyanın əvvəlində MGU-K generatorundan şikayət edib. Boksa gəlsə də, maşın yoxlanılıb və trasa qayıdıb. Lakin ilk döngənin çıxışında onun maşını dayanıb və tüstülənib. Qırmızı bayraqlar dalğalanıb. Maşını təxliyə etmək mümkün olmayıb, çünki ERS sistemindəki problem ucbatından ona toxunmaq təhlükəli olub. Yalnız Aston Martin mexanikləri onu tam söndürdükdən sonra bu mümkün olub. Fasilə 35 dəqiqə çəkib.
Sessiyanın sonunda hamı Soft təkərlərə keçib, lakin sıxlıq olduğundan, nəticələri yaxşılaşdırmaq mümkün olmayıb. Lyuis Həmilton Zandfortdakı ilk sessiyaya başçılıq edib – 1:11.500. Məşqlər axşam davam edəcək…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:11.500 | – | 17 |
2 | 33 | Maks Ferstappen | Red Bull | 1:11.597 | + 0:00.097 | 18 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:11.601 | + 0:00.101 | 19 |
4 | 16 | Şarl Lekler | Ferrari | 1:11.623 | + 0:00.123 | 18 |
5 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:11.738 | + 0:00.238 | 18 |
6 | 14 | Fernando Alonso | Alpine | 1:12.158 | + 0:00.658 | 18 |
7 | 31 | Esteban Okon | Alpine | 1:12.231 | + 0:00.731 | 17 |
8 | 99 | Antonio Covinatsi | Alfa Romeo | 1:12.359 | + 0:00.859 | 18 |
9 | 18 | Ləns Stroll | Aston Martin | 1:12.431 | + 0:00.931 | 18 |
10 | 10 | Pyer Qasli | AlphaTauri | 1:12.515 | + 0:01.015 | 19 |
11 | 4 | Lando Norris | McLaren | 1:12.679 | + 0:01.179 | 18 |
12 | 6 | Nikolas Latifi | Williams | 1:12.907 | + 0:01.407 | 16 |
13 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:13.053 | + 0:01.553 | 20 |
14 | 3 | Daniel Rikkardo | McLaren | 1:13.081 | + 0:01.581 | 18 |
15 | 63 | Corc Rassell | Williams | 1:13.181 | + 0:01.681 | 15 |
16 | 11 | Serxio Peres | Red Bull | 1:13.328 | + 0:01.828 | 18 |
17 | 9 | Nikita Mazepin | Haas | 1:13.516 | + 0:02.016 | 14 |
18 | 47 | Mik Şumaxer | Haas | 1:13.847 | + 0:02.347 | 17 |
19 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:15.984 | + 0:04.484 | 6 |
20 | 22 | Yuki Tsunoda | AlphaTauri | – | 3 |