F-1.az bildirir ki, komandalar dünənki təkərlərdən istifadə ediblər. Pirelli buraya əvvəlki 4 yarışdan daha sərt tərkiblər gətirib və onları optimal temperatura çatdırmaq heç də asan olmayıb.
Sessiya demək olar ki, sakit keçiv. Rikkardo 12-ci döngədə çınqıllığa düşsə də, maşına ciddi zərər dəyməyib. Lekler maşının altlığını zədələyib, boksda baxış keçirildikdən sonra yenidən trasa qayıdıb. McLaren sürücülərinin maşınında sessiya ərzində asılqanların parametrlərini dəyişib.
Qasli sona az qalmış kiçik qəza edərək boksa gəlib. Bu dəfə də ən sürətli Şarl Lekler olub – 1:11.632. Bizi olduqca gərgin sıralanma turu gözləyir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1 | 16 | Şarl Lekler | Ferrari | 1:11.632 | – | 20 |
2 | 63 | Corc Rassell | Mercedes | 1:11.698 | + 0:00.066 | 24 |
3 | 1 | Maks Ferstappen | Red Bull | 1:11.793 | + 0:00.161 | 22 |
4 | 55 | Karlos Sayns | Ferrari | 1:11.971 | + 0:00.339 | 17 |
5 | 44 | Lyuis Həmilton | Mercedes | 1:12.156 | + 0:00.524 | 25 |
6 | 11 | Serxio Peres | Red Bull | 1:12.176 | + 0:00.544 | 29 |
7 | 14 | Fernando Alonso | Alpine | 1:12.327 | + 0:00.695 | 16 |
8 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:12.491 | + 0:00.859 | 25 |
9 | 47 | Mik Şumaxer | Haas | 1:12.558 | + 0:00.926 | 15 |
10 | 4 | Lando Norris | McLaren | 1:12.591 | + 0:00.959 | 18 |
11 | 20 | Kevin Maqnussen | Haas | 1:12.606 | + 0:00.974 | 15 |
12 | 18 | Ləns Stroll | Aston Martin | 1:12.773 | + 0:01.141 | 18 |
13 | 23 | Aleksander Elbon | Williams | 1:12.775 | + 0:01.143 | 18 |
14 | 31 | Esteban Okon | Alpine | 1:13.003 | + 0:01.371 | 20 |
15 | 10 | Pyer Qasli | AlphaTauri | 1:13.046 | + 0:01.414 | 23 |
16 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:13.256 | + 0:01.624 | 22 |
17 | 3 | Daniel Rikkardo | McLaren | 1:13.299 | + 0:01.667 | 20 |
18 | 77 | Valtteri Bottas | Alfa Romeo | 1:13.359 | + 0:01.727 | 15 |
19 | 23 | Quanyu Çjou | Alfa Romeo | 1:13.421 | + 0:01.789 | 14 |
20 | 6 | Nikolas Latifi | Williams | 1:13.625 | + 0:01.993 | 22 |