Mövsümöncəsi testlərdə sürücülər qüvvələr nisbətini şərh etmirlər – komandalar öz proqramları üzrə müxtəlif yanacaq miqdarı ilə işləyirlər və hamı hesab edir ki, maşınların real sürəti yalnız mövsümün ilk Qran Prisindən sonra məlum olacaq. Amma çempionatın debütantı Niko Hülkenberq belə düşünmür, Barselona testlərinin ilk günündən sonra GP2 çempionu jurnalistlərə bildirib ki, yeni Williams maşınına sürət çatmır…
Niko Hülkenberq: “Ferrari və Red Bull maşınları istənilən şəraitdə üstünlüyə malikdirlər, biz, McLaren, Mercedes və Renault bir qədər onlara uduzuruq. Amma geriqalmanın səviyyəsini söyləmək çox çətindir, bir şeyi dəqiq bilirəm ki, hələlik bizim maşına sürət çatmır.
Biz trasa həm dolu bakla, həm də boş bakla çıxmışıq – maşının balansındakı dəyişikliyi hiss etmək üçün bu vacibdir. İndi məni maraqlandırmır ki, rəqiblərimiz maşınlara nə qədər yanacaq vururlar – mən bütün diqqətimi öz işimə yönəltmişəm. Komanda yaxşı maşın qurub, onun ciddi potensialı var, indi ondan maksimum istifadə etməyi başa düşmək lazımdır.”