N.Haydfeld yeni müsabiqə elan edib

Lotus Renault GP komandasının sürücüsü Nik Haydfeld azarkeşləri üçün yeni müsabiqə elan edib – azarkeşlər almaniyalı sürücü üçün şlemin dizaynını […]

Lotus Renault GP komandasının sürücüsü Nik Haydfeld azarkeşləri üçün yeni müsabiqə elan edib – azarkeşlər almaniyalı sürücü üçün şlemin dizaynını təklif etməlidirlər. Müsabiqənin təfərrüatları barədə Nikin rəsmi saytında xəbər veriləcək…

Nik Haydfeld: “İki il əvvəl mən belə bir müsabiqə elan etmişdim və göndərilən işlərin sayı məni təəccübləndirmişdi, onların çoxu peşəkarcasına yerinə yetirilmişdi. O zaman başa düşdüm ki, belə müsabiqələri tez-tez keçirmək lazımdır.”

İki il əvvəl Hadyfeldin elan etdiyi müsabiqəyə 9 mindən çox iş göndərilmişdi. Həmin müsabiqənin qalibi isə macarıstanlı Tamaş Şimon olmuşdu – 2009-cu ilin Almaniya Qran Prisində qalib gəlmiş dizaynla hazırlanmış şlemi Tamaş şəxsən Nikə təqdim etmişdi. Yarışdan sonra isə şlem “Uşaqlara yardım” xeyriyyə hərracında satılmışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*