N.Haydfeld DTM-ə keçə bilər

Əgər Nik Haydfeld Formula1 komandalarının heç biri ilə gələn ilə müqavilə bağlaya bilməsə, karyerasını Almaniyanın DTM kuzov çempionatında BMW komandasında […]

Əgər Nik Haydfeld Formula1 komandalarının heç biri ilə gələn ilə müqavilə bağlaya bilməsə, karyerasını Almaniyanın DTM kuzov çempionatında BMW komandasında davam etdirə bilər…

Bavariya konserni DTM çempionatını 1992-ci ildə tərk edib, amma keçən il Formula1-i də tərk etdikdən sonra idman proqramının başçısı Mario Tayssen seriyaya qayıtmaq barədə elan vermişdi – gələn ilin mayında maşın hazır olacaq, iyunda ilk testlər planlaşdırılıb, testlərə isə BMW-nin Formula1-də beşillik sürücüsü Nik cəlb oluna bilər.

Nik Haydfeld: “Mən karyeramı Formula1-də davam etdirmək istərdim və bunun üçün əlimdən gələni edirəm, amma DTM-də BMW ilə uzunmüddətli müqavilə də çox maraqlıdır.”

Çox şey Milad bayramına qədər məlum olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*