Bu həftə Ron Dennisin Formula1-dən getməsi xəbəri geniş müzakirə olunurdu, Əhəmiyyətli hadisədir, onun qiymətləndirilməsinə vaxt gedəcək, amma ilkin nəticələr çıxarmaq üçün “McLaren məsələsi” üzrə Ümumdünya Şurasının qərarını gözləmək lazım gələcək. Ekspertlər iki senarini qeyd edirlər – əfsanəvi və uğurlu komanda rəhbərlərindən biri başqa layihədə məşğul olduğu üçün çempionatı tərk edib (bu rəsmi versiyadır), yoxsa komandanın diskvalifikasiyasının qarşısını alamq məqsədilə McLaren-Mercedes və FİA qarşıdurmasında daha bir qurbana çevrilib? Birinci qurban isə komandanın keçmiş idman direktoru Deyv Rayan oldu, amma Dennisin getməsi məsələnin nə dərəcədə ciddi olmasından xəbər verir. Çində jurnalistlər Mercedes Motorsport-un vitse-prezidenti Nobret Hauqdan məsələyə şərh verməyi xahiş ediblər…
Norbert Hauq: “Ron Formula1-də komanda başçısı postunda böyük uğurlar qazanıb, tək-tək adamlar belə nailiyyətlərlə fəxr edə bilərlər, amma sizin yaşınız 60-dan keçəndə belə bir qərarın qəbul olunmasında qeyri-adilik olmur, lap özünüzü cavan oğlan kimi hiss etsəniz belə. İstənilən idman növündə rəhbərliyin yuxarı yaş həddi var, amma Formula1-də bunu ictimaiyyət müzakirə etməyə başlayır. Onun daha bir arzusu var, yol idman maşınları ilə bağlıdır, Ron qalan ömrünü buna sərf etmək fikrindədir.
Mən hesab etmirəm ki, bu qərar Şuranın iclası ərəfəsində cəzamızı yüngülləşdirmək tədbiridir. Biz iclasa kimi vəziyyəti şərh etməyəcəyik, biz FİA ilə əməkdaşlıq eidrik.
McLaren-Mercedes – bu bir komandadır, amma komandada məsuliyyət zonaları var. Müzakirə olunan məsələ Mercedes-in məsuliyyət zonasına daxil deyil. Biz əməkdaşıq, biz casusluq qalmaqalında öz mövqeyimizi bildirmişdik, indi də bildiririk, amma aydındır ki, biz mətbuatda başqa başlıqlar görmək istərdik. Mercedes şirkəti məsələnin ədalətli və açıq həllinin tərəfdarıdır.”