N.Hauq Mercedes GP-nin tezliklə inkişaf edəcəyinə əmindir

Mövsümöncəsi testlər zamanı Mercedes GP komandasının nümayəndələri deyirdilər ki, komandanın tezliklə uğur qazanmasına ümid etmirlər – amma mövsümün gedişində maşını […]

Mövsümöncəsi testlər zamanı Mercedes GP komandasının nümayəndələri deyirdilər ki, komandanın tezliklə uğur qazanmasına ümid etmirlər – amma mövsümün gedişində maşını təkmilləşdirməklə, liderlərə yaxınlaşmağı planlaşdırırlar.

Proqnozların birinci hissəsi doğru olub – nə Bəhreyndə, nə də Avstraliyada komanda podium qazana bilməyib, Niko Rosberq hər iki yarışda beşinci olub, Mixael Şumaher isə finişdə altıncı və onuncu yerləri tutub. Lakin Mercedes Motorsport başçısı Norbert Hauq hesab edir ki, bədbinlik üçün səbəb yoxdur. Alman mütəxəssis əvvəlki kimi hesab edir ki, komanda tezliklə liderlərə çatacaq və titul uğrunda mübarizəyə qoşulacaq.

Norbert Hauq: “Bəli, mən titul uğrunda mübarizədən imtina etməyə əsas verən səbəb görmürəm. Bizim məqsədimiz hələlik məhz budur. Ümid edirəm ki, biz irəliyə doğru böyük addım atacayıq – komanda hazırda çox peşəkarcasına çalışır.

Mən səsli-küylü bəyanatları xoşlamıram və deməyəcəm ki, büz mütləq titulu qazanacayıq, amma biz əvvəl podium və sonra qələbə qazanmağa çalışırıq, çalışırıq ki, qələbə və podiumların sayı mümkün qədər çox olsun. Ümid edirəm ki, bununla titul uğrunda mübarizəyə qatılacayıq.

Bizim rəqiblərimizdən soruşun: əgər onlardan hər hasnı biri artıq bizi titula namizəd hesab etmirsə, mən çox təəccüblənəcəm. Onlar hamısı bizə hörmət edirlər – biz də bütün rəqiblərimizə eyni hörmətlə cavab veririk.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*