N.Hauq: “Hazırkı vəziyyət bizi qane etmir”

Norbert Hauq etiraf edib ki, yeni McLaren maşını komandanın ümidlərini doğrultmir: Xeresdə də, Barselonada da MP4-24 rəqiblərinə sürətdə uduzub, hətta […]

Norbert Hauq etiraf edib ki, yeni McLaren maşını komandanın ümidlərini doğrultmir: Xeresdə də, Barselonada da MP4-24 rəqiblərinə sürətdə uduzub, hətta Barselona testlərinin ilk iki günü Heykki Kovalaynen trasda ən yavaş sürücü olub. Belə təəssürat yaranır ki, McLaren-in zəif yeri aerodinamikadır, xüsusən də diffuzor və arxa antiqanadın işi böyük narahatlıq doğurur…

Norbert Hauq: “Əlbəttə, belə bir vəziyyət bizi qane etmir. Mövsümün gedişində testlərin qadağan olunması maşının təkmilləşdirilməsini lap çətinləşdirir, amma bu o demək deyil ki, biz bunu etməyəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*