Ştutqartda konfransda çıxış edən Mercedes Motorsport vitse prezidenti Norbert Hauq gələn ildən yeni komandaların çempionata gəlməsindən danışıb…
Norbert Hauq: “Mən ümid edirəm ki, hazırda fəaliyyət göstərən on komandanın hamısı gələn il starta çıxacaq və onlara FİA-nın seçdiyi üç yeni komanda qoşulacaq. Seçim ciddi olmalıdır, çünki Formula1-in səviiyəsinə cavab verən ciddi texniki və maliyyə resurslarının olması vacibdir. Hazırda çempionatdakı vakant yerlərə yeddi namizədin olmasını söyləyirlər, amma onlsrın səmərəli komanda qurmaq bacarıqları böyük sual altındadır.
Formual1 tarixində belə bir rəqabətədavamlı vəziyyət olmamışdı – cari on komandanın hamısı güclüdür. Bizim ilk qələbə elə bir yarışda əldə olunub ki, sıralanma turund abiz liderə iki saniyə uduzmuşduq, amma buna baxmayaraq dördüncü yerdən start almışdıq. İndi isə bütün iyirmi sürücünün nəticəsi iki saniyəyə sığışır. Nəticələrin belə sıxlığı göstərir ki, bu gün Formula1-də zəif komanda yoxdur.
Əgər münasib reqlament hazırlanarsa, biz yeni komandalara kömək etməyə hazırıq, amma bu öz maraqlarımıza zərər vurmamalıdır – başa düşmək lazımdır ki, Formula1 xeyriyyə cəmiyyəti deyil. Ərizələrin verilməsi kompromisdən xəbər verirmi? Bu barədə razılıq əldə olunduqdan sonra danışmaq olar.”