N.Fray: “Biz Lyuisə ən yaxşı maşın hazırlamağa borcluyuq”

Bu il hamı Mercedes AMG komandasının uğursuzluğundan məyus oldu. Çində qələbə və sonra bir neçə podium qazanan komanda mövsümün ikinci […]

Bu il hamı Mercedes AMG komandasının uğursuzluğundan məyus oldu. Çində qələbə və sonra bir neçə podium qazanan komanda mövsümün ikinci hissəsində fiaskoya uğramışdı – yalnız Braziliyada beş ardıcıl xalsız seriyaya son qoyuldu. Hazırda komanda növbəti mövsümə ümid edir və hesab edir ki, Lyuis Həmiltonun komandaya gəlişi nəticələri yaxşılaşdıracaq. Komandanın icraçı direktoru Nik Fray Britaniyanın Autosport həftəliyinə ümidlərindən danışıb…

Nik Fray: “Mən hesab edirəm ki, Həmiltonla müqaviləmiz komandanın uğur qazanmaq istəyindən xəbər verir. Bizim komandada tarixin ən yaxşı sürücüsü çıxış edirdi, amma o bizimlə müqavilə bağlayanda onun karyerası yaşla əalqədar olaraq son mərhələsində idi.

Formula1-də bütün aspektlərdə ən yaxşı olmalısan: ən yaxşı texnologiyalar lazımdır, maksimum effektiv komanda və menecment işi lazımdır, eləcə də ən yaxşı sürücülər olmalıdır. Həmiltonun komandaya gəlişi hamını ruhlandırıb, amma indi biz böyük pressinq hiss edirik, axı Ross Braun Lyuisə ən yaxşı maşın hazırlamağa borcludur. Lyuis rəqabətədavamlı olmayan maşının sükanı arxasında titul uğrunda mübarizə apara bilməz, amma ayrı-ayrı yarışlarda qələbə qazana bilər. Lakin Formula1-də rəqabətin səviyyəsi elədir ki, əgər ilk yarışlarda rəqiblərinizdən çox geri qalırsınızsa, ond abu fərqi aradan qaldırmaq çox çətin olur.

Mən Həmiltonu Fernando Alonso ilə yanaşı ən yaxşı sürücü hesab edirəm. Düzdür, Fettel də onlara qoşula bilər, amma məncə, Sebastyan bunu hələ sübut etməlidir, axı onun hələ zəif maşını olmayıb və həmişə ən yaxşı maşını idarə edib.

Bu il Fernando Alonso öz işinin öhdəsindən əla gəldi, hərçənd, Ferrari-nin maşını yaxşı alınmamışdı. Mənə elə gəlir ki, Lyuis də belə bir maşının sükanı arxasınd ayaxşı nəticələr göstərə bilərdi. Hərçənd, peletonda olan sürücülərin çoxu yalnız güclü maşınla qələbə qazana bilər.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*