NASCAR sürücüsü Ceyson Leffler Nyu Cersidə Bridgeport Speedway trasında keçirilən yarışda yaşadığı qəzada aldığı zədələrdən sonra dünyasını dəyişib. Lefflerin maşını böyük sürətlə divara çırpılıb, yarış dayandırılıb, sürücünü helikopterlər tibbi mərkəzə çatdırıblar, amma həkimlər sürücünün aldığı zədələrdən öldüyünü təsdiq ediblər.
NASCAR təşkilatçılarının yaydıqları rəsmi bəyanatda deyilir ki, “Bizim fikirlərimiz, dualarımız və hüznümüz bu gün axşam bizi tərk etmiş Ceyson Lefflerin ailəsilədir. On ildən çox Ceyson əsil mübariz sürücü kimi çıxış edib, biz onun üçün çox darıxacayıq.”
Ceyson NASCAR-da 1999-cu ildə debüt edib, NASCAR Nationwide seriyasında 2 qələbə qazanıb…