F-1.az bildirir ki, yaponiyalı sürücü 2010-cu ildən SuperGT və Super Formula seriyalarında çıxış edir və keçən SuperGT-də çempion olub. Naoki 2013 və 2018-ci illərdə Super Formula-da çempion olub.
Honda hazırda Toro Rosso və Red Bull komamdalarını mühərriklə təmin edir və iki komandadan yaponiyalı sürücü yarışa bilər. Buna görə də Yamamoto ilə ilk addımlar atılır. Toro Rosso rəsmən açıqlamasa da Yamamoto birinci sərbəst yürüşlərdə STR14-ü sürəcəyini deyib.