F-1.az xatırladır ki, rusiyalı sürücü 2014-cü ildə Toro Rosso komandasında debüt etmiş və 2015-ci ildə Red Bull-a keçmişdi. Lakin 2016-cı ilin Rusiya yarışında yaşadığı insidentə görə yenidən Toro Rosso komandasına qaytarılan Kvyat komanda yoldaşı Karlos Saynsın kölgəsində qalmış və 2017-ci il mövsümü başa çatmamış komandadan qovulmuşdu.
Amma sürücü tapa bilməyən Toro Rosso komandası 24 yaşlı sürücünü yenidən komandaya qaytarıb. Kvyat bu il debütant Elbonla komanda yoldaşı olacaq.
Nikolya Todt: “Formula1-də ikinci şans qazanmaq həmişə çətin olub. Ferrari simulyatorunda əla işlədi. Vəziyyətinə görə 2004-cü ildəki Felipe Massanı xatırladır. Massa iki ildən sonra Ferrari-də Şumaxerlə komanda yoldaşı olmuşdu. Xəyal qurmaq istəmirəm, ancaq Daniil istedadlıdır və yaxşı idmançıdır. Mədənidir. Tolstoy və Dostoyevski oxuyur. Çox ağıllı və yerini bilən oğlandır. Bilir ki, bu fürsət onunçün sonuncudur”.