F-1.az xəbər verir ki, mərasimin rəsmi hissəsindən sonra azarkeşlərə videomüraciətlə ürək sözlərini çatdıran dünya çempionu onlara təşəkkür edib.
Niko Rosberq: “Hamıya salam! Bu gün mənim üçün əlamətdar gündür və mən çempionluq kubokumu alacam. Lakin bu gün baş verən yeganə hadisə bu deyil… Mən 25 illik karyeram boyu bir məqsəd uğrunda çalışmışam – Formula1 üzrə dünya çempionu olmaq. Mən buna sizin köməyinizlə nail olmuşam – çox sağ olun. Sizin dəstəyiniz mənə əlavə motivasiya verib.
Bu il çox çətin oldu, lakin əlimdən gələni etdim. Gələn il də bunu təkrarlaya bilmərəm, buna görə də çıxışımı bitirmək qərarına gəldim. Mən ürəyimin səsini dinləyərək gedirəm. Biz bir dəfə yaşayırıq və ürəyim mənə bu addımı atmalı olduğumu dedi. Hiss edirəm ki, doğru addımdır. Dəstəyə görə çox sağ olun. Ümid edirəm ki, son üç mövsümdə sizlərə xoş xatirələr qoymuşam. Axı biz birlikdə çox gözəl anlar yaşadıq. Tezliklə görüşənədək, hələlik!”
Dear fans, thx for your support over the years! 🙌🏻🙌🏻 pic.twitter.com/RDSQgGjFY8
— Nico Rosberg (@nico_rosberg) December 2, 2016