N.Rosberqə cəza verilməyib

Sıralanma turunun 3-cü sessiyasının sonunda Fernando Alonso yerində fırlandığı üçün sarı bayraqlar dalğalandırılıb, bir çox sürücü buna görə ciddi vaxt itkisi yaşayarkən, Niko Rosberq həmin dövrədə ən sürətli olaraq poulu alıb.

F-1.az xəbər verir ki, sıralanma turu bitdikdən sonra bəzi komandalar Niko Rosberqin sarı bayraqlar altında sürətlə hərəkət etdiyini əsas gətirərək şikayət ediblər və hakimlər 3 saat ərzində bunu araşdırıblar.

Fernando Alonsonun yerində fırlanması zamanı bir çox sürücü sürətini azaltmalı olub. Rosberq isə sarı bayraqların təsir zonasına çatana qədər Alonso artıq yenidən yola davam edib. Telemetriya nəticələrinə və həmin anın video təkrarlarına baxan hakimlər Nikonun vəziyyəti başa düşmək üçün kifayət qədər yavaşladığı qənaətinə gəliblər. Lakin Niko buna baxmayaraq, ən sürətli dövrəni vuraraq poulu qazana bilib.

Açıqlamada deyilir: “Telemetriya nəticələri sürücünün 8-ci döngədə sürətini kifayət qədər azaltdığını göstərir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*