F-1.az xəbər verir ki, çəkilişlər zamanı yeni maşını ilk olaraq Niko Rosberq idarə edib və özünü sükan arxasında olduqca rahat hiss etdiyini bildirib.
Niko Rosberq: “İlkin təəssüratlarım yaxşıdır. Özümü maşında çox rahat hiss etdim. Sanki Abu Dabi yarışı dünən olubmuş kimi, bu gün də mübarizə əhval-ruhiyyəsində idim.
Rəqiblərimizi, xüsusilə də Ferrari-ni düzgün dəyərləndirməliyik. Onlar bizim üçün ən böyük təhlükə olacaqlar, buna görə də, hər şeyə ciddi yanaşmalıyıq. Kim deyə bilər ki, ilk yarışda neçənci yerdə finiş görəcəyik?..”
Komanda internetdə sürücünün dəbilqəsinə quraşdırılmış kameradan çəkilişləri də paylaşıb…