N.Rosberq: Volff ən yaxşı komanda başçısıdır

2016-cı ilin dünya çempionu bugünlərdə SkySports-a verdiyi müsahibədə Toto Volff barədə fikirlərindən bəhs edib.

F-1.az xəbər verir ki, alman sürücü Mercedes-in başçısını ən yaxşı komanda rəhbəri hesab edir.

Niko Rosberq: “Mersedesdə olan hər kəs üçün bugünkü vəziyyət çox çətindir. Onlar qalib gəlirdilər, çox böyük uğur hekayəsi yazdılar, ardıcıl səkkiz dəfə Mühəndislər Kubokunu qazandılar. Ona görə də indi onlar üçün birdən-birə hər şeyin pis işləməsi, vəziyyətin ötən illə müqayisədə yaxşılaşmaması, əksinə daha da pisləşməsi ilə barışmaq çox çətindir.

Mən də bu uğurun bir parçası olmuşam, Toto Volffun iş üsullarını, səriştəsini bilirəm. Ancaq hər uğurun bir sonu var. Komanda üçün hər şeyi yenidən qurmaq, düzgün qərarlar qəbul etmək, yenidən strukturlaşdırmaq inanılmaz dərəcədə çətin olacaq, lakin bunu etmək lazım gələcək. İstənilən restrukturizasiya adətən irəliləyiş başlamazdan əvvəl kiçik bir geri addımla nəticələnir.
Lyuisin komandadan ayrılacağına inanmıram. O, hələ də çox motivasiyalıdır və qalib gəlmək, daha bir çempionluq titulunu qazanmaq istəyir və çox çalışır. Bəhreyndə Corc və Lyuis Mercedes-in motorhomunda monitorların qarşısında gec saatlara qədər oturaraq trası sonuncu tərk edənlər arasında olublar.
Corcla rəqabət də Lyuisə çox motivasiya verir. Eyni səviyyədə çıxış edirlər, lakin Lyuis öndə olmağa çalışır. Çox motivasiyalıdır və mən onun ayrılmaq və ya buna bənzər bir şey haqqında düşündüyünü sanmıram. Ən çox istədiyi şey liderlik uğrunda mübarizəyə qayıtmaqdır”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*