F-1.az xəbər verir ki, nüfuzlu Laureus World Sport Awards mükafatına Niko Rosberq “İlin yüksəlişi”, Mercedes AMG isə “İlin komandası” nominasiyasında namizəd göstərilib. Mükafatlandırma mərasimi fevralın 14-də Monakoda baş tutacaq və yeddi nominasiya üzrə qaliblər müəyyənləşəcək.
Qeyd edək ki, bu mükafata daha əvvəl Mixael Şumaxer (2 dəfə) və Sebastyan Fettel “İlin kişi idmançısı”, Xuan Pablo Montoya, Lyuis Həmilton, Censon Batton və Daniel Rikkardo “İlin yüksəlişi”, Renault və Brawn GP isə “İlin komandası” nominasiyasında layiq görülüblər. Keçən il isə Niki Lauda Lifetime Achievement Award nominasiyası üzrə qalib olmuşdu…