F-1.az xatırladır ki, Rosberq Yaponiya yarışından sonra Həmiltonla fərqi 33 xala qaldırsa da, britaniyalı sürücü təslim olmayıb. Son iki ilin çempionu Amerika və Meksika yarışlarını qazanaraq, fərqi 19 xala endirib.
Əgər Həmilton son iki yarışda qalib gəlsə və Rosberq ikinci olsa, almaniyalı sürücü Dünya Çempionu titulunu qazanacaq. Hətta Rosberq iki yarışdan birində üçüncü olsa da, yenə də Dünya Çempionu olur.
Buna görə də, britaniyalı sürücü 4-cü çempionluğunu qazanmaq üçün Rosberqin səhv etməsini gözləməlidir.
Rosberq hansı hallarda çempion olacaq?
* Braziliya və ya Əbu Dabi yarışlarından birini qazanacağı halda
* Həmilton son iki yarışı qazansa və Rosberq iki yarışda da ikinci olsa. Hətta, yarışlardan birində ikinci, digərində 3-cü olsa.
Həmilton hansı hallarda çempion olacaq?
* Həmilton son iki yarışı qazansa və Rosberq bu yarışlardan birində dördüncü olsa.
* Həmilton son iki yarışı qazansa və Rosberq bu yarışların hər ikisində 3-cü və ya daha geridə olsa.
* Rosberq son iki yarışdan birində yarışxarici olsa və Həmilton son iki yarışı da qazansa.