N.Rosberq: “Uzun illər Mercedes-də qalmaq istəyirəm”

Mercedes AMG-nin tərkibində 7-ci mövsümünü keçirən alman sürücünün komanda ilə müqaviləsi bu ilin sonunda bitir.

F-1.az xəbər vermişdi ki, diqqətini çempionata ayıran Niko komanda ilə danışıqlar aparmağı eks Formula1 pilotu Gerhard Bergerə həvalə edib. Hazırda komanda yoldaşı Lyuis Həmiltonu 24 xal qabaqlayaraq çempionatda lider olan Rosberq müqaviləni uzatmaq üçün tələsmədiyini bildirib.

Niko Rosberq: “Hazırda bu barədə heç nə düşünmürəm. Bu, mənim üçün əsas mövzu deyil, həm də üzərimdə heç bir təzyiq hiss etmirəm. Burada özümü yaxşı hiss edirəm və  həm mən, həm də komandam birlikdə işləməkdən razıyıq. Hələ uzun müddət Mercedes AMG-də qalmaq istəyirəm, buna görə mənim də komandaya təzyiq göstərməyimin bir mənası yoxdur”.

Komandanın rəhbəri Toto Volff da Niko ilə davam edəcəklərinə işarə edib: “O, ilk növbədə bu müzakirələri aparacaq güclü insanlara sahibdir. Olduqca ağıllı hərəkət etdi və özü müzakirələrə qarışmayaraq diqqətini yarışlara yönəltdi. Bu mövzunun ona təsir etdiyini düşünmürəm. Onunla davam edəcəyimizə əminəm və buna heç bir şübhəm yoxdur. Sadəcə bir qədər səbirli olmalıyıq”.

Qeyd edək ki, Lyuis Həmiltonun müqaviləsi 2018-ci ilin sonuna qədər davam edəcək.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*