F-1.az xatırladır ki, almaniyalı sürücü komanda yoldaşı Həmiltonun problemlərindən faydalanaraq, ilk 4 yarışı qazanıb. Xatırladaq ki, Formula1-də daha əvvəl bunu edən bütün sürücülər mövsümün sonunda Dünya Çempionu titulunu qazanıblar.
Rosberq İspaniyaya komanda yoldaşı üzərində 43 xallıq üstünlüklə gəlir və almaniyalı bildirib ki, bu üstünlüyünü mövsümün sonuna kimi qorumağa çalışacaq: “Mən ilk 4 yarışın hamısını qazanacağımı gözləmirdim.
Mövsümə əla başladım, ancaq bundan sonra yarışlardan həzz almaq istəyirəm. Ümid edirəm ki, ən yaxşı performansımı göstərməyə davam edərəm və bunu mövsümün sonuna kimi davam etdirərəm.
İdmanda həmişə enişli və yoxuşlu çıxışlar ola bilər və bu baş verəndə geridönüş etmək üçün mənəvi cəhətdən güclü olmalısınız.
Növbədə 17 yarış və toplaya biləcəyimiz 425 xal var. Hər dəqiqə hər şey baş verə bilər. Barselonada keçən mövsüm ilk poulumu və ilk qələbəmi qazanmışdım. Bolidə yaxşı uyğunlaşmışdım və son həddə sürmüşdüm”.